Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
“Sizinxeber.az” xəbər verir ki, sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.
Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Güləş yarışları saat 13:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıb. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın iki sərbəst güləşçisi mübarizəyə başlayır
Paris-2024-də günün yekunu: Azərbaycan üçün tarixi nəticə və daha bir medal
Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













