Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.
"Report"un məlumatına görə, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.
Hələlik 86 ölkə mükafat əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












