Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar
Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan hazırlığa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.
“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 10-dək davam edəcək hazırlıq prosesinin sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
