Sizinxeber.az » İdman » Fərdi » Sumo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana Tailandda təhvil veriləcək

Sumo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana Tailandda təhvil veriləcək

Sentyabrda Tailandın paytaxtı Banqkokda keçiriləcək sumo üzrə dünya çempionatında mundialın keçici bayrağı Azərbaycana təhvil veriləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov deyib.

O, Yaponiyanın Osaka şəhərində baş tutan “Sumo Expo 2025” tədbirində 2026-cı ildə Bakı keçiriləcək dünya çempionatının təqdimat mərasimində iştirak etməsindən danışıb:

"Tədbirə maraq olduqca böyük idi. Yığıncaqda xeyli qonaqlar iştirak edirdi. Eyni zamanda, avqustun 5-də “Osaka Expo” sərgisi çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda da dünya çempionatının təqdimatı keçirildi və ziyarətçilər tərəfindən yüksək qiymətləndirildi. Çempionatın təqdimat videosu və rəsmi maskotu olan "Azumo" artıq ictimaiyyətə tanıdılıb. O, güc və qonaqpərvərliyin rəmzidir".

Federasiya rəsmisi hazırlığa başladıqlarını söyləyib:

"Hazırlıqlar artıq başlayıb. Bu ilin sentyabrında Tailandın paytaxtı Banqkokda keçiriləcək dünya çempionatında rəsmi bayraq təhvil-təslimi olacaq. Hazırlıq prosesinin gedişatı və mundialla bağlı məsələlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək".

Qeyd edək ki, “Sumo Expo 2025” tədbirində expoda iştirak edən 158 ölkədən yalnız beşi – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələr ilə tədbirdə bir araya gəliblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !