Ülvi Ağamirov: “Yaponiyada keçirilən sumo turnirində Azərbaycanı təmsil etmək qürurvericidir"
sizinxeber.az xəbər saytı

Ülvi Ağamirov: “Yaponiyada keçirilən sumo turnirində Azərbaycanı təmsil etmək qürurvericidir"


Belə yarışlarda Azərbaycanı təmsil etmək qürurvericidir.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Yaponiyada iştirak etdiyi “Hakuho Cup 2025” turniri ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi paytaxt Tokioda baş tutan yarışda yeganə əcnəbi hakim olduğunu söyləyib:

“Artıq ikinci ildir ki, bu yarışa hakim qismində dəvət alıram. Belə yarışlarda Azərbaycanı təmsil etmək qürurvericidir. Yarışda yeganə əcnəbi hakim mən idim. Digər hakimlər Yaponiyadan idi. Çətinlik çəkdiyimi deməzdim, sadəcə, məsuliyyət hiss edirdim”.

O, yarışla bağlı təəssüratlarını bölüşüb:

“Hakuho Cup” dünyada ən nüfuzlu sumo yarışlarından hesab edilir. Tarixin ən titullu sumoçusu, 7 dəfə Ginnesin Rekordlar Kitabına düşmüş Yokozuna Hakuhonun adını daşıyan yarış “Ryogoku Kokugikan” Milli Sumo Arenasında keçirildi. Yarışda 1200-dən çox idmançı iştirak etdi. Həmçinin Yokozuna Terenefuji, Kakuryu Enho, Atamafuji Hakuoho kimi bir çox məhşur sumoçular qonaq qismində dəvət almışdılar”.

Vitse-prezident qarşıdakı məqsədlərdən danışıb:

“Məqsəd ölkəmizdə yeni sumo hakimləri yetişdirməkdir. Bu istiqamətdə Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən işlər aparılır. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, 2026-cı ildə sumo üzrə dünya çempionatı ölkəmizdə keçiriləcək”.

Qeyd edək ki, Ü.Ağamirov Tokio şəhərində baş tutan “Hakuho Cup 2025” turnirində ilk əcnəbi hakim olub.

Oxşar xəbərlər

Vitse-prezident: Sumo güləşçilərimiz dünya çempionatında əzmkar mübarizə apardılar
Beynəlxalq turnirdə ən yaxşı hakim seçilən azərbaycanlı: “Bu mükafat mənim üçün böyük fəxrdir”
Assosiasiyanın vitse-prezidenti: Azərbaycan sumoçularının çox yüksək potensialı var
Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər