Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı olub
Yaponiyanın Osaka şəhərində baş tutan “Sumo Expo 2025” tədbirində 2026-cı ildə Bakı keçiriləcək dünya çempionatının təqdimatı olub.
"Sizinxeber.az"un məlumatına görə, expoda iştirak edən 158 ölkədən yalnız beşi – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələr ilə tədbirdə bir araya gəliblər.
Tədbirin əsas məqsədi 2026-cı ildə Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təbliği və bu yarışa qlobal marağın artırılması olub.
Azərbaycanı sərgidə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib. Qurumun vitse-prezidenti Ülvi Ağamirov çıxış edərək çempionatın rəsmi PR videosunu təqdim etməklə yanaşı, maskot AZUMO-nu ictimaiyyətə tanıdıb və hər kəsi Bakıya dəvət edib.
Həmçinin Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Gürsel İsmayılzadə, Osaka Expo Azərbaycan Pavilyonunun direktoru Əvəz Muradov və onun komandası da tədbirdə iştirak ediblər.
Diqqət çəkən məqamlardan biri də Yaponiyanın ən nüfuzlu 12 universiteti arasında keçirilən sumo çempionatında Azərbaycan yığmasının üzvü Cavid Yusifovun iştirak etməsi olub. O, açıq çəki kateqoriyasında ilk görüşündə Yaponiya universitetləri üzrə çempion olmuş rəqibini məğlub edib.


width="220" alt="Ülvi Ağamirov: “Yaponiyada keçirilən sumo turnirində Azərbaycanı təmsil etmək qürurvericidir"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />