Sizinxeber.az » İdman » Fərdi » Azərbaycanlı triatlon hakimi: "Beynəlxalq turnirdə ilk dəfə ölkəni təmsil etmək qürurverici hissdir"

Azərbaycanlı triatlon hakimi: "Beynəlxalq turnirdə ilk dəfə ölkəni təmsil etmək qürurverici hissdir"

Dünya Triatlon yarışında ölkəni təmsil etmək azərbaycanlı hakim Balaheydər Kərimov üçün qürurverici hissdir.

Təcrübəli referi bu barədə "Sizinxeber.az"a açıqlama verib.

O, avqustun 9-10-da Rumıniyanın İzvorani şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Bu, mənim üçün çox qürurverici bir hissdir. Üstəlik, öz ölkəmdən bu addımı ilk atan şəxs olmaq həm məsuliyyət, həm də böyük həyəcan yaradır. Yarışın hər anını qiymətləndirib rəy vermək, tanımadığın digər hakimlərlə ünsiyyət qurmaq və birlikdə komanda kimi işləyərək yarışı idarə etmək çox dəyərli bir təcrübədir. Bu imkanı yaratdığı və dəstəyi üçün Azərbaycan Triatlon Federasiyasına minnətdarlığımı bildirirəm".

B.Kərimov ədalət təmsilçisi kimi növbəti hədəflərindən də söz açıb:

"Hazırda növbəti məqsədim Maltada keçiriləcək Avropa Kubokudur. Artıq namizədliyimi irəli sürmüşəm və bunun üçün hazırlıqlarımı davam etdirirəm".

Gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi yığma ilə bağlı da danışıb:

"Gələcək planlarımız təkcə yarışlarda nəticə qazanmaqla məhdudlaşmır. Əsas məqsədimiz idmançıların beynəlxalq təcrübəsini artırmaq, daha güclü rəqabət mühitində özlərini sınamalarını təmin etməkdir. Rumıniyadakı çıxışdan məmnunam, xüsusilə də Əli Rzazadənin performansını yüksək qiymətləndirirəm. İndi diqqətimizi sentyabrda Avstriyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və Maltada baş tutacaq Avropa Kubokuna yönəltmişik. Hər iki yarış bizim üçün həm sınaq, həm də inkişaf yolunda böyük bir addım olacaq".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !