Millinin məşqçisi Azərbaycanı ilk dəfə beynəlxalq yarışda hakim kimi təmsil edib
Azərbaycanın triatlon millisinin məşqçisi və təcrübəli hakim Balaheydər Kərimov ilk dəfə Dünya Triatlon yarışında ölkəni hakim kimi təmsil edib.
Bu barədə "Report"a Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, avqustun 9-10-da Rumıniyanın İzvorani şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda uğurla hakimlik edərək, beynəlxalq arenada ilk təcrübəsini qazanıb.
Balaheydər Kərimov triatlon üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında gənc idmançılar beynəlxalq arenada uğurlu nəticələr əldə edib, ölkə daxilində isə triatlonun kütləviliyinin artırılması istiqamətində mühüm işlər görülüb. Hakimlik sahəsində də böyük təcrübəyə malik olan Kərimov respublikada keçirilən bir çox yerli və beynəlxalq yarışlarda, o cümlədən “IronWind” beynəlxalq triatlon yarışında baş hakim kimi çıxış edib.
Beynəlxalq səviyyədə fəaliyyətə hazırlaşmaq məqsədilə Balaheydər Kərimov iyunun 7-8-də Bişkekdə Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub. Bu kurs ona Dünya Triatlon qaydaları və beynəlxalq yarışların idarə olunması üzrə yüksək bilik və bacarıqlar qazandırıb.
“Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə ölkəmizi daha çox beynəlxalq triatlon yarışlarında layiqincə təmsil etməyə çalışacağam”, – Balaheydər Kərimov bildirib.


width="220" alt="Millinin ukraynalı yeni baş məşqçisi: "Azərbaycanda triatlonun inkişafı üçün əlimdən gələni edəcəyəm"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />