sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan təmsilçisi Avropa Atıcılıq Çempionatında bürünc medal qazanıb
Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında bürünc medal qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, idmançı 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub.
Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu nəticə ilə Azərbaycanın medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq uğur qazandırıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan güllə atıcıları dünya çempionatında tarixi nəticəyə imza atıb
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











