sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
"Report" xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.
Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.
Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
Oxşar xəbərlər
Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
Azərbaycan güllə atıcıları dünya çempionatında tarixi nəticəyə imza atıb
Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın güllə atıcısı dünya çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











