Mərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub
sizinxeber.az xəbər saytı

Mərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub


Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası səbəbindən 24 nəfər həyatını itirib.

"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse bildirib.

"Bu günə qədər 197 vəbaya yoluxma, həmçinin 24 ölüm halı qeydə alınıb, ölüm səviyyəsi 12,2 %-dir", - o qeyd edib.

Nazirin sözlərinə görə, xəstələnənlərə lazımi tibbi yardım göstərilir. Epidemiyanın mərkəzinin ölkənin cənub-qərbindəki Bimbo və Mbaiki dairələrində yerləşdiyi bildirilib. İlk xəstəliyə yoluxma halı iyunun 14-də aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikanın 14 ölkəsində vəba epidemiyası qeydə alınıb. Onlardan ən genişmiqyaslısı Konqo Demokratik Respublikasının ərazisində baş verib, burada 2026-cı ilin əvvəlindən 21 min xəstə qeydə alınıb, onlardan 726 nəfəri ölüb.

Oxşar xəbərlər

ÜST: Sudanda vəba epidemiyası 120 nəfərin həyatına son qoyub
İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub
Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
Konqoda Ebola virusuna yoluxanların sayı 950-ni keçib
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 300-ü keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər