Azərbaycanın daha bir cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
"Sizinxeber.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş və Aysun Məmmədova (-52 kq) bürünc medal qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.
Oxşar xəbərlər
Azərbaycanın daha üç cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib
Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında bir günə 6 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











