sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın daha üç cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycanın daha 3 üzvü fəxri kürsüyə qalxıb.
"Sizinxeber.az" xəbər verir ki, Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq) gümüş medala yiyələniblər.
52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı.
3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında bir günə 6 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











