Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar
sizinxeber.az xəbər saytı

Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar


İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.

“Report” xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda qitə birinciliyində 5 medal qazanıb.

Yığmamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycanın sərbəst güləş millisi Avropa ikincisi olub
Sərbəst güləş millimiz Avropa ikincisi olub
Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıdıb
Dünya çempionatında 3-cü yeri tutan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər