sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sərbəst güləş millimiz Avropa ikincisi olub
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.
Sizinxeber.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində 5 medal qazanıb. Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa ikincisi olub
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi İtaliyada Avropa çempionu olub
Azərbaycanın güləş üzrə U-20 millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib
Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyada Avropa çempionu olub
Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











