Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
sizinxeber.az xəbər saytı

Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub


Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub.

"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançının mübarizə apardığı yarışın sonuncu günündə gənc oğlanlar və Elit/U-23 yaş qrupunda olan kişilər 110 km məsafəyə qrup ötüşməsində ən güclüləri müəyyənləşdiriblər.

Gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Artyom Proskuryakov hamıdan güclü olub. Onun komanda yoldaşı Əli Baxşıyev finiş xəttini 3-cü keçib. Gümüş medalı “Elçin Əsədov Velosiped Məktəbi”nin yetirməsi Süleyman Ələkbərov əldə edib.

Elit/U-23 yaş qrupunda “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin üzvü Musa Mikayılzadə fərdi ötüşmədə olduğu kimi, qrup ötüşməsində də Azərbaycan çempionu olub. Gümüş və bürünc medalları isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri - Tural İsrafilov və Nofəl Nuriyev qazanıblar.

Gənc oğlanlar (110 km)

1. Artyom Proskuryakov (ROEQİUGVM) – 3:35.35
2. Süleyman Ələkbərov (AE Cycling School) – 3:37.25
3. Əli Baxşiyev (ROEQİUGVM) – 3:40.18

Elit/U-23 kişilər (110 km)

1. Musa Mikayılzadə (GPVK) – 3:17.06
2. Tural İsrafilov (ROEQİUGVM) – 3:23.57
3. Nofəl Nuriyev (ROEQİUGVM) – 3:45.05

Oxşar xəbərlər

Şose velosipedi üzrə Azərbaycan çempionatında qrup ötüşməsinə start verilib
Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub
Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle