Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub
Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.
"Sizinxeber.az" xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.
Nəticələrə əsasən, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb. "Bakı-2" ikinci, "Qazax" kollektivi isə üçüncü yerin sahibi olublar.
Qızların mübarizəsində də “Bakı-1” bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, "Gəncə" isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, oğlanların yarışında 7, qızların birinciliyində isə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.
Oxşar xəbərlər
Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub
Yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Cüdo üzrə ölkə birinciliyinin komanda yarışları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











