Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
sizinxeber.az xəbər saytı

Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb


Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə ölkə çempionatına start verilib.

"Report" xəbər verir ki, Xızı rayonunda keçirilən yarışda müxtəlif idman klubları və cəmiyyətlərinin 100-dən artıq idmançısı mübarizə aparır.

İlk yarış günündə iştirakçılar fərdi ötüşmə növündə qalibləri müəyyən ediblər. Yeniyetmə qızların 10 km məsafəyə mübarizəsi “Təhsil RİM”in təmsilçisi Ceyla Həşimovanın qələbəsi ilə başa çatıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Raul Məmmədov 1-ci yeri tutub.

17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Nihat Xudoyev 15 km məsafəni hamıdan tez qət edib. Onun komanda yoldaşı Artyom Proskuryakov isə gənc oğlanlar arasında 20 km məsafəyə mübarizədə ən yaxşı nəticəyə imza atıb.

Elit/U-23 yaş kateqoriyasında “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin nümayəndəsi Musa Mikayılzadə bütün rəqiblərindən yaxşı çıxış edərək Azərbaycan çempionu adını qazanıb.

Azərbaycan çempionatı (fərdi ötüşmə)

U-15 qızlar (10 km)
1. Ceyla Həşimova (Təhsil RİM) – 18'37"12
2. Məryəm Hüseynova (ROEQİUGVM) – 18'45"09
3. Nəzrin İsbəndiyarova (ROEQİUGVM) – 19'19"72

U-15 oğlanlar (10 km)
1. Raul Mahmudov (ROEQİUGVM) – 16'41"59
2. Emil Abbasov – 16'55"59
3. Kənan Nəcəfli – 18'03"44

U-17 oğlanlar (15 km)
1. Nihat Xudoyev (ROEQİUGVM) – 23'37"05
2. Ümid İsmayılov (ROEQİUGVM) – 23'37"76
3. Çingiz İsayev (ROEQİUGVM) – 24'27"66

Gənc oğlanlar (20 km)
1. Artyom Proskuryakov (ROEQİUGVM) – 28'10"63
2. Maksim Trendelyov (ROEQİUGVM) – 30'59"60
3. Murad Nadirov (Təhsil RİM) – 31'14"21

Elit/U-23 kişilər (25 km)
1. Musa Mikayılzadə (GPVK) – 32'47"42
2. Tural İsrafilov (ROEQİUGVM) – 34'24"98
3. Nofəl Nuriyev – 37'22"01

Oxşar xəbərlər

Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə "Təhsil" İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle