Azərbaycan millisinin böyük məşqçisi: Güləşçilərimizin nailiyyətlərindən razıyam
İdmançılarımızın nailiyyətlərindən razıyam.
“Sizinxeber.az” xəbər verir ki, bunu U15 Avropa çempionatında 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan və komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Namiq Quliyev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, milli İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında bu günə qədər olan ən böyük nəticəsini əldə edib: “İki qızıl, dörd gümüş və bir bürünc medal qazandıq. Bu günə qədər olan nailiyyətlərimizin ən üstünüdür. İdmançılarımızın nailiyyətlərindən razıyam”.
“Orada yaranan problemləri də federasiyamız bir anda aradan qaldırdı. Yəni orada heç bir çətinlik çəkmədik. Bunun sonu olaraq müsbət nəticələr əldə etdik.
Qələbələrin əsas səbəbi federasiyanın bizə yüksək diqqət və qayğısıdır. O, qeyd edib ki, bu yaş kateqoriyası üzrə idmançıları hazırlamaqda çətinlik yoxdur. Bu nailiyyətlər məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun və Emin Əzizovun birgə zəhmətinin nəticəsidir”, - Namiq Quliyev deyib.
Oxşar xəbərlər
Dünya çempionatında 3-cü yeri tutan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıdıb
Paris 2024: Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
