Sizinxeber.az » İdman » Fərdi » Danışılmış oyunlarda iştiraka görə dörd tennisçi cəzalandırılıb

Danışılmış oyunlarda iştiraka görə dörd tennisçi cəzalandırılıb

Beynəlxalq Tennis Dürüstlük Təşkilatı (ITIA) danışılmış oyunlarda iştiraka görə dörd tennisçini diskvalifikasiya edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ITIA-nın rəsmi saytı məlumat yayıb.

Tailanddan olan 25 yaşlı Natthasit Kunsuvana 12 illik cəzalanıb. O, 2022-ci ildən 2024-cü ilə qədər 39 danışılmış oyunda iştirakını etiraf edib.

25 yaşlı fransalı Ceymi Floyd Anxel pul müqabilində sabit matç təşkil etdiyinə, istintaqla əməkdaşlıqdan imtina etdiyinə və qanun pozuntusuna dair sübutları məhv etdiyinə görə 5 il 3 ay cəza alıb.

Braziliya əsilli 33 yaşlı isveçli Kristian Lindell 4 danışılmış oyunda iştirak edib. İstintaq həmçinin tennisçinin Belçikada danışılmış oyunlar sindikatı ilə əlaqəsini sübuta yetirib. O, 7 illik cəzalanıb.

33 yaşlı fransalı keçmiş tennisçi Samuel Bensussan 1 il 11 ay diskvalifikasiya olunub. Onun sindikatla əlaqəsi və dörd danışılmış oyunda iştirakı sübuta yetirilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !