"Şamaxı" klubunun futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
sizinxeber.az xəbər saytı

"Şamaxı" klubunun futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib


"Şamaxı" Futbol Klubunun bazasında U-15, U-16 və U-17 komandaların futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri iştirakçılara təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA rəsmisi Gürcüstan klubunun oyununa təyinat alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər