Azərbaycanda danışılmış oyunlarda iştirak etmiş futbolçunun şikayətinə baxılması təxirə salınıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda danışılmış oyunlarda iştirak etmiş futbolçunun şikayətinə baxılması təxirə salınıb


Danışılmış oyunlarda iştirak etmiş "Mingəçevir"in sabiq futbolçusu Muxtar Nəzərlinin apellyasiya şikayətinə baxılması təxirə salınıb.

"Sizinxeber.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun Apellyasiya Arbitraj Tribunalı açıqlayıb.

Bildirilib ki, oyunçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsi yanvarın 30-da Muxtar Nəzərlini futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edib.

Oxşar xəbərlər

AFFA daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb
Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb
AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb
AFFA "Səbail"in şikayətini təmin etməyib
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle