Azərbaycan idmançısı Bakıda keçirilən padel tennisi üzrə beynəlxalq turnirdə üçüncü olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
16:00

Azərbaycan idmançısı Bakıda keçirilən padel tennisi üzrə beynəlxalq turnirdə üçüncü olub

24 in, 2025
16:00
923

Azərbaycan idmançısı Bakıda keçirilən padel tennisi üzrə beynəlxalq turnirdə üçüncü olub

Padel tennisi üzrə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasından ilk turnirə yekun vurulub.

Bu barədə "Report"a Azərbaycan Tennis Federasiyasının (ATF) mətbuat xidmətindən məlumat verilib.

Yarış ATF və Azərbaycan Padel Federasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq yarışda bütün mükafatçılar müəyyənləşib. İtaliyadan olan Rikkardo Sinikropi-Culio Qraziotti cütü çempion olub. İspaniyalı idmançılardan Adrian Rodrigeslə Hektor Vaskes ikinci yerdə qərarlaşıblar. Azərbaycan tennisçisi Rəsul Qocayev sudanlı Əli Əhmədlə duetdə üçüncü olublar.

Padel idmanının Azərbaycanda daha da inkişafına hesablanan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər.

Seriyanın ikinci turniri iyunun 24-dən 27-dək davam edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.

Bizimlə əlaqə saxlayın