Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
may
2025
12:30

Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub

01 may, 2025
12:30
793

Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Şüa" İdman Kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər.

19 yaşadək qızlar arasında "Sümqayıt-1" kollektivi birinci yeri tutub. "Bakı-1" ikinci, "Şabran" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mukafata "Bakı-1" komandası sahib çıxıb. "Sumqayıt" ikinci, "Şabran" və "Bakı-2" üçüncü olub.

U-15 kateqoriyasında qızların mubarizəsi "Sumqayıt-1"in qələbəsi ilə nəticələnib. "Bakı-1" ikinci, "Sumqayıt-2" və "Sumqayıt-3" üçuncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə "Şabran" idmançıları qalib ayrılıblar. "Bakı-1" ikinci, "Sumqayıt-1" və "Sumqayıt-2" komandası üçuncü olub.

Bizimlə əlaqə saxlayın