Yamaldan “Real” haqda qalmaqallı açıqlama
“Barselona”nın gənc hücumçusu Lamin Yamal “El-Klasiko” öncəsi “Real” haqda qalmaqallı açıqlama verib.
QOL.az xəbər verir ki, ondan “Real”ın İspaniyada keçirilən media-turnirdə yarışan “Porsinos” komandasına bənzəyib-bənzəmədiyi soruşulub. Buna cavabında Yamal gülümsəyərək cavab verib: “Bəli, əlbəttə. Onlar fırıldaq edir və şikayətlənirlər”.
Daha sonra ona “Real doğrudanmı fırıldaq edir?” sualı ünvanlanıb. Hücumçu gülərək qısa cavab verib: “Görəcəyik”.
“Real”ının baş məşqçisi Xabi Alonso Lamin Yamalın sözlərinə cavab verib.
Alonso məsələni şərh edərkən sakit mövqe nümayiş etdirib:
“Mən detallara varmaq istəmirəm. “Barselona”da çox açıqlamalar verilir və hamısını qiymətləndirmək mənim işim deyil. Ən vacibi meydanda baş verənlərdir”.
Qeyd edək ki, “Barselona” və “Real Madrid” La Liqanın 10-cu turunda qarşılaşacaq. Görüş oktyabrın 26-da keçiriləcək.
Oxşar xəbərlər
Lamin Yamal "Transfermarkt"ın ən bahalı futbolçusu olub
"Real" Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq
"Real"ı məğlub edən "Barselona" La Liqada liderliyini möhkəmləndirib
"Barselona"nın futbolçusu "Real"la oyunda rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib
-
Kiyevdə ardıcıl partlayışlar oldu
