“Uğursuz bir axşam deməkdir” - “Benfika”nın baş məşqçisi
“Benfika”nın (Portuqaliya) baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti (2:3) şərh edib.
“Qafqazinfo” Portuqaliya mediasına istinadən yazır ki, oyundan sonra yerli “Sport TV”yə danışan Lage bunları deyib:
“İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi bir qədər ruhdan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə – necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdir”.
Baş məşqçi qolları da ayrıca təhlil edib:
“İki dərin ötürmə ilə vəziyyət yarandı. Birincidə Dediç və Antonio (Silva) arasında böyük boşluq qaldı və top ordan keçdi. İkincidə isə müdafiə xətti irəli çıxdı, amma arxaya sızan rəqibi ofsayda sala bilmədi və qapımıza qol gəldi.”
Onun sözlərinə görə, bu səhvlər daha çox komandanın emosional şəkildə oyunu qazanmaq istəyi və yorğunluqla bağlı olub:
“Əslində belə səhvlər olmamalı idi, amma oldu”.
Sonda Lage məğlubiyyətdən sonra komandaya mesajını çatdırıb:
“Komanda ayağa qalxmağı bacarmalıdır. Baş verənləri təhlil etməli, meydanda və meydandan kənarda yaşadığımız dönəmi yaxşı başa düşməli və ən qısa zamanda toparlanmalıyıq.”
Oxşar xəbərlər
Qurban Qurbanov: "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"
Azərbaycan millisinin baş məşqçisi: "Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı"
FCSB-nin baş məşqçisi: "Qarabağ"la oyunda bəxtimiz gətirdi"
"Omoniya"nın baş məşqçisi: Nəticə bizim üçün yaxşı olmadı
Azərbaycan millisinin sabiq kapitanı: "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsini təmin etdiyini əsla deyə bilmərik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
