Aran zonasında Anım Günü ilə bağlı tədbirlər keçirilib
Ölkənin Aran zonasında yerləşən rayonlarda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər keçirilib.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, Salyan, Saatlı, Sabirabad, Hacıqabul, Neftçala rayonları və Şirvan şəhərində rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrdə çalışanlar, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulub, dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna ehtiram ifadə edilib.
Həmin rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxşar xəbərlər
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib
Mərkəzi Aran rayonlarında 27 Sentyabr - Anım Günü qeyd edilib
Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub
Qərb zonasında 27 Sentyabr - Anım Günü qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
