İcraçı direktor: “Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır
“Space” televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir.
Bu barədə Sizinxeber.az-ya açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Abdul-Əliyev deyib.
O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:
“Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.
Nəriman Abdul-Əliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir: “Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.
Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin "Space" televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb
MÜTDA: Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
Prezident İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
