Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
sizinxeber.az xəbər saytı

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr


“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.

“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən məsələdir”.

Oxşar xəbərlər

Vüsal Aslanov: "Metroda ekskalatorların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır"
Bakıda bütün avtobus və taksilər metroya birləşir? - Sədr
Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI
“Bakı Metropoliteni”nin sədri: “Hazırda metrodan intensiv olaraq istifadə edirəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər