Speys TV fəaliyyətini dayandırır
sizinxeber.az xəbər saytı

Speys TV fəaliyyətini dayandırır


Speys TV-nin fəaliyyətini dayandıracağı ilə bağlı növbəti iddialar yayılıb. Kanalın gələcək taleyi ilə bağlı yaranan qeyri-müəyyənlik sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Sizinxeber.Az Bakupost.az-a istinadən xəbər verir ki, jurnalist Arifə Əliyeva Feysbuk hesabında paylaşım edərək telekanalın bağlanma ərəfəsində olduğunu bildirib. Jurnalist əldə etdiyi son bilgilərə istinadən qeyd edib ki, kanal artıq fəaliyyətini tamamilə dayandırmağa hazırlaşır.

A.Əliyeva paylaşımında kanalın düşdüyü bu acınacaqlı vəziyyətin səbəbini idarəetmə səhvlərində görüb:

“Bəli, düzgün idarəçilik olmayanda nəticə belə olur. Amma ən ağır zərbəni qərar verənlər yox, zəhmət çəkən sadə əməkdaşlar alır”.

Hələlik sözügedən iddialarla bağlı nə telekanalın rəhbərliyi, nə də rəsmi qurumlar tərəfindən hər hansı təsdiq və ya təkzib xarakterli açıqlama verilməyib.

Qeyd edək ki, kanalın fəaliyyətinə xitam veriləcəyi haqda ilk dəfə 16 apreldə məlumat yayılmışdı.

Oxşar xəbərlər

Bu telekanal bağlanır - Təcili
CHP ilə bağlı açıqlama verən jurnalist Rasim Ozan Kütahyalı tutulub
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır
Gürcüstanın "Mtavari Arkhi" telekanalı fəaliyyətini dayandırıb
Panama Prezidenti: ABŞ-nin kanala nəzarətin bərpası ilə bağlı iddiaları əsassızdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər