Turalbəy Mehdiyevə hökm oxundu
sizinxeber.az xəbər saytı

Turalbəy Mehdiyevə hökm oxundu


Xarici dövlətlərin nümayəndələrinin tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sizinxeber.Az APA-ya istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Turalbəy Mehdiyev AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.

Oxşar xəbərlər

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub 
Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər