Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, altı il müddətə azadlıqdan məhrum edilib.

Proses zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun vəkili müdafiə çıxışı edib.

Qeyd edək ki, Həmzə Məmmədli Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.

Oxşar xəbərlər

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər