Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.
Oxşar xəbərlər
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy 16 il azadlıqdan məhrum edilib
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
MN-nin iki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













