“Mersedes”lə qəza törətdi: anası öldü
sizinxeber.az xəbər saytı

“Mersedes”lə qəza törətdi: anası öldü


Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.Az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi "Mersedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.

T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Şəkidə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
Şəkidə avtomobil ağaca çırpılıb, ölən var
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
DİN: İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər