Şəkidə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
sizinxeber.az xəbər saytı

Şəkidə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var


Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Şəkidə avtomobil ağaca çırpılıb, ölən var
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb
Şəkidə minik maşını ağaca çırpılıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər