Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
sizinxeber.az xəbər saytı

Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video


Məlum olduğu kimi, Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

Nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.

Axar.az Baku Tv-yə istinadən xəbər verir ki, həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.

"Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?" - deyə o əlavə edib.

Oxşar xəbərlər

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var
Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər