sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qaxda motosiklet aşıb, xəsarət alanlar var
Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 20:00 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.
Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var
Yasamalda motosiklet piyadanı vurub
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - VİDEO - YENİLƏNİB
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













