Əfv sərəncamı ilə 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib
sizinxeber.az xəbər saytı

Əfv sərəncamı ilə 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib


Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
APA xəbər verir ki, Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Oxşar xəbərlər

Məhkəmə ilk dəfə cinayət işi üzrə mediasiya yolu ilə barışıq əsasında şəxsi çəkilməmiş cəzadan azad edib
Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad edib
Konqoda 2-si ABŞ vətəndaşı olmaqla 37 nəfər edam cəzasına məhkum edilib
Konqo Demokratik Respublikasının hərbi tribunalı 13 əsgəri ölüm cəzasına məhkum edib
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər