Konqo Demokratik Respublikasının hərbi tribunalı 13 əsgəri ölüm cəzasına məhkum edib
sizinxeber.az xəbər saytı

Konqo Demokratik Respublikasının hərbi tribunalı 13 əsgəri ölüm cəzasına məhkum edib


Konqo Demokratik Respublikasında hərbi tribunal 13 əsgəri ölüm cəzasına məhkum edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hərbçilər qətl, qarət və fərarilikdə təqsirli bilinib.

İqtidar orqanları bildiriblər ki, proses əsgərlərin mövqelərindən qaçması nəticəsində yaranan ərazi itkilərindən sonra orduda intizamın gücləndirilməsinə yönəlib.

Konqo qoşunları artıq təxminən üç ildir ki, Ruanda tərəfindən dəstəklənən üsyançılar və digər silahlı qruplaşmalarla mübarizə aparır.

Ümumilikdə tribunal qarşısına 24 hərbçi çıxarılıb. Ölüm cəzasına məhkum edilən 13 nəfərdən əlavə, dörd nəfər 2-10 il həbs cəzasına məhkum edilib, altı nəfər bəraət alıb, bir nəfərin işi isə əlavə araşdırma üçün təxirə salınıb. Bütün məhkumlar təqsiri rədd edir və hökmə etiraz etmək üçün beş gün vaxtları var.

Konqo Demokratik Respublikasında ölüm cəzası 2003-cü ildə ləğv edilsə də, hərbi tribunallar tərəfindən hələ də tətbiq edilə bilər.

Oxşar xəbərlər

Konqoda 2-si ABŞ vətəndaşı olmaqla 37 nəfər edam cəzasına məhkum edilib
Çində avtomobili izdihamın üzərinə sürən sürücü ölüm cəzasına məhkum edilib
Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib
Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir
Cənubi Karolinada 13 ildə ilk dəfə ölüm cəzası icra ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle