Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
20:00
ff

Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək

29 in, 2026
20:00
217

Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək

Fransa və Oman gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına qoşulmaq qərarına gəlib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heytəm bin Tariq Al Səidlə danışıqların yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.

"Biz Yaxın Şərqdə gərginliyin azaldılması üzərində birgə işləyirik. Dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazı vasitəsilə azad və şərtsiz gəmiçiliyə zəmanət vermək üçün boğazın minalardan təmizlənməsi əməliyyatlarının aparılmasında tərəfdaşlarımızla əməkdaşlıq etmək qərarına gəldik", - o yazıb.

Makronun sözlərinə görə, bu gün Oman və Fransa həmçinin ikitərəfli tərəfdaşlığı gücləndirməyə xidmət edən iqtisadi, elmi, mədəni və sənaye sahələrində bir sıra tarixi sazişlər bağlayıblar.

Bizimlə əlaqə saxlayın

×
×