Abşeronda avtomobildə 19 kq narkotik aşkarlanıb - VİDEO
Abşeronda avtomobildən 19 kq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.
E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda İran vətəndaşından 19 kiloqram narkotik əldə etməkdə təqsirləndirilən şəxs həbs olunub
Sabunçuda avtomobildə 29 kq narkotik aşkarlanıb
Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Masallıda 19 kq narkotikin dövriyyəsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













