Abşeronda İran vətəndaşından 19 kiloqram narkotik əldə etməkdə təqsirləndirilən şəxs həbs olunub
sizinxeber.az xəbər saytı

Abşeronda İran vətəndaşından 19 kiloqram narkotik əldə etməkdə təqsirləndirilən şəxs həbs olunub


Abşeron rayonunda İran vətəndaşı vasitəsi ilə 19 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, rayon ərazisində keçirilən əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb. 

E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb
Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Bakıda əməliyyat keçirilib, 33 kiloqram narkotik vasitə aşkarlanıb
Baş İdarə əməliyyat keçirib, 35 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle