Masallıda 19 kq narkotikin dövriyyəsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Masallıda 19 kq narkotikin dövriyyəsinin qarşısı alınıb


Masallı rayonunda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Oxşar xəbərlər

Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Bakıda 20 kq narkotikin satışının qarşısı alınıb, keçmiş məhkum tutulub
Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb - VİDEO
Narkotiklə bağlı mütəşəkkil dəstə üzvləri tutulub, 40 kq narkotik götürülüb
DİN keçirdiyi əməliyyatlarda 24 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər