Bakı şəhər prokuroru: Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır
sizinxeber.az xəbər saytı

Bakı şəhər prokuroru: Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır


Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizədə peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər.

"Report" xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur:

"Yeni istifadəyə verilən binalar, prokurluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması onların peşə fəaliyyətini də yüksək səviyyəyə qaldırır. Ona görə də yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram".

Oxşar xəbərlər

Kamran Əliyev: Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
Siyəzənə yeni prokuror təyin edilib
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının ildönümü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər