Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının ildönümü qeyd olunub
Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ümummilli Liderin büstünü ziyarət edib.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, bütün qazilərə şəfa diləyiblər.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev prokurorluğun veteranlarını, bütün prokurorluq əməkdaşlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.
Xanlar Vəliyev bildirib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorl
Oxşar xəbərlər
Hərbi Prokurorluq DSX ilə birgə tədbir keçirib
Üç prokurorluq işçisi təqaüdə göndərilib
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
Hərbi Prokurorluq və DSX Zaqatalada birgə tədbir keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













