Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib


2000-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Urinboyev Saidkamol Sattorbek oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib
Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib
Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Özbəkistana təhvil verib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle