Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir
sizinxeber.az xəbər saytı

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir


Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

Sizinxeber.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.

Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.

Oxşar xəbərlər

Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
Rusiya 21 britaniyalı parlamentarinin ölkəyə girişinə qadağa qoyub
Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle