Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanılıb
sizinxeber.az xəbər saytı

Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanılıb


Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib. Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Binəqədidə 22 kq narkotik aşkarlanıb - VİDEO
Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutulub
Bakıda külli miqdarda heroin və tiryək aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle