Hakan Fidan almaniyalı həmkarı ilə Türkiyə-Avropa İttifaqı əlaqələrini müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Hakan Fidan almaniyalı həmkarı ilə Türkiyə-Avropa İttifaqı əlaqələrini müzakirə edəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulun dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək.

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, səfər Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin 3-cü iclası çərçivəsində baş tutacaq.

İclasda ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, təhlükəsizlik və müdafiə ilə yanaşı regional məsələlər müzakirə olunacaq.

Səfər zamanı işçi qruplarının birgə iclasının keçirilməsi də nəzərdə tutulub.

Oxşar xəbərlər

Hakan Fidan Fransaya səfərə gedəcək
Hakan Fidan sabah Azərbaycana gələcək
Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşüb
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Hakan Fidan Misirə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər