Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
sizinxeber.az xəbər saytı

Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub


Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, son yarış günündə Azərbaycan millisi aktivinə daha 5 medal yazdırıb.

Belə ki, cüdoçularımız 2 gümüş və 3 bürünc mükafat qazanıblar.

Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar.

Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq) qızıl, İlkin Qarayev (66 kq), Zəhra Quliyeva (40 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) bürünc medala yiyələniblər.

Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər